Ağır yol qəzası - 1 nəfər öldü, 5 nəfər yaralandı - VİDEO

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 125-ci kilometrliyində qeydə alınıb. Cəlilabad rayonunun Musalı kənd sakini Zaur Babayevin idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ 21015"in sərnişini Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobilin sürücüləri də daxil olmaqla, sərnişinləri Məhəmməd Məmmədov, Dilbər Əbilova və Telman Əbilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların hamısına müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












