Ağır yol qəzası baş verib, xəsarət alanlar var

Lənkəran rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisində, Velədi kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Volkswagen" və "Lada Priora" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanaşı, qapalı kəllə beyin travması alan 1995-ci il təvəllüdlü, Lənkəran rayonu Səpnəkəran kənd sakini Xəlilov Ravil Rafail oğlu ilkin tibbi müalicədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəsarət alanlar: Lənkəran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Teymur Hüseyn oğlu, 1959-cu il təvəllüdlü, Lənkəran şəhər sakini Məmmədova Güllü Nəriman qızı, 1996-cı il təvəllüdlü, Səpnəkəran kənd sakini İbayev Amin abdultalıb oğlu yuxarı və aşağı ətraflarda yerdəyişən, qəlpəli sınıq diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan G.Məmmədova və A.İbayevin xəsarətləri daha ağır hesab edildiyindən onlar Bakı şəhərinə yola salınmaq üzrədir.
Qəzanın başvermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq bölməsi tərəfindən araşdırılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












