Ağır yol qəzasında təqsirli bilinən 2 sürücü saxlanıldı - VİDEO

Rusiyanın Tümen vilayətində qəza törətmiş sərnişin avtobusunun və yük maşınının sürücüləri saxlanılıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fakt üzrə cinayət işi qaldırılıb, hər iki sürücü şübhəli şəxs qismində saxlanılıb. Hazırda onlar istintaqa ifadə verirlər.
Qeyd edək ki, dünən Tümen vilayətində, Xantı-Mansiysk magistral yolunun 926-cı kilometrliyində ağır yol qəzası baş verib. Yük və 2 minik avtomobilinin, habelə sərnişin avtobusunun toqquşması nəticəsində 12 nəfər ölüb. Onlardan 11-i uşaqdır.
Hadisə nəticəsində həmçinin 20 nəfər xəsarət alıb. Onlar Xantı-Mansiysk xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilmiş bəzi yaralıların vəziyyəti ağırdır.
Qəza zamanı avtobusun salonunda 29-u uşaq olmaqla 32 sərnişin olub.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












