Banner

Ağstafada AĞIR QƏZA: 4 NƏFƏR... - YENİLƏNİB

Qəzalar 13 Noyabr 2026 11:26
Ağstafada AĞIR QƏZA: 4 NƏFƏR...   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəza nəticəsində xəsarət alan üç nəfər (kişi) noyabrın 12-də saat 22:40-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

***11:14

Ağstafa rayonunda 2 avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, zərərçəkənlər - 2001-ci il təvəllüdlü K.Musayev, onun həmyaşıdı H.Hüseynov, 2009-cu il təvəllüdlü N.Mehdiyev və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 242
ŞƏRH YAZ
Ad

E-mail

Şərh