Ağstafada avtomobil aşdı - 5 nəfər xəsarət aldı - YENİLƏNİB

12.11.2025-ci il tarixində saat 23:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbiilə xəsarət alan 5 nəfər (1-i kişi, 4-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
4 nəfər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Pasiyentlərdən 1988-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti orta ağır olduğundan müalicəsi Reanimasiyya şöbəsində davam etdirilir.
Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 4 nəfər pasiyentin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***09:12
Ağstafada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Avtosfer.az xəbər verir ki, hadisə Poylu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 5 nəfər - 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Yaralıların vəziyyətlərinin normal olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











