Ağstafada qəza olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Ağstafa rayonunun Poylu qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, aprelin 4-də, saat 21:00-dan başlayaraq Ağstafa rayonunun Poylu kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (biri qadın cinsli, dördü kişi cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri tibbi xidmətlər göstərilib. İki nəfər daha ixtisaslı müayinələr üçün müvafiq tibb müəssisələrinə təxliyə edilib. Üç nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
***23:55, 4 aprel
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu












