Ağstafada AĞIR QƏZA: Xəsarət alanlar var

Qəzalar 17 Mart 2026 09:16
Ağstafada AĞIR QƏZA:  Xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobili başqa bir avtomobillə toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü M. Hüseynov, 2004-cü il təvəllüdü Y. Kazımov və 1999-cu il təvəllüdlü T. Quliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. Hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./unikal

Oxunub : 138
ŞƏRH YAZ
Ad

E-mail

Şərh