Banner

Ağstafada toqquşan "06" və "011" alışıb yandı - VİDEO

Qəzalar 21 Avqust 2023 20:05 Oxunub 1052
Ağstafada toqquşan "06" və "011" alışıb yandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağstafa rayonunda baş vermiş qəza yanğınla sonlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 06:00 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 05-BJ-690 qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobil, 10-BR-330 qeydiyyat nişanlı, “VAZ-2101” markalı avtomobillə toqquşub. Qəzanın baş verməsinə səbəb sürət həddinin yüksək olması göstərilir. Belə ki, “06”ya dəyən “VAZ-2101” hər iki nəqliyyat vasitəsini yararsız vəziyyətə salıb. Həmçinin hadisə zamanı “01” alışaraq yanmağa başlayıb və digər avtomobilə də keçib. Olay şahidlərinin sözlərinə görə, qəza baş verən zaman “01”də bir nəfər şəxs olub. 
Qeyd edək ki, hadisə yerinə cəlb olunan FHN əməkdaşlarının çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh