Ağstafada yol qəzası nəticəsində bir nəfər ölüb, iki yaralı var

Ağstafa rayonunun Qırlı kəndində avtomobil qəzası baş verib. Avtosfer.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, aprelin 11-də saat 21 radələrində Ağstafa rayonunun Qırlı kəndində Gəncə şəhər sakini Elsevər Kazımovun idarə etdiyi “Ford” və Ceyhun Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticəsində C.Əliyev hadisə yerində ölüb, E.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) faktla bağlı araşdırma aparır.
***11 aprel 23:01
Axşam saatlarında Ağstafa rayonunun Qırılı kəndində yol qəzası baş verib. “Ford” markalı sərnişin avtomobili ilə “Opel” markalı minik avtomobilinin toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan “Opel” markalı avtomobildən sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












