Ağstafada yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Ağstafa rayonunda zəncirvari yol qəzasında xəsarət alan 6 nəfərdən biri xəstəxanada ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Daşkəsəmən kəndi ərazisində baş verib.
Belə ki, Ağstafa rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi "Opel", Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə ikisi kişi, dördü qadın olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahilə Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdiriliblər. Yaralılardan biri - Vaqif Ələkbərov aldığı bədən xəsarətləri ilə xəstəxanada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












