Ağsu aşırımında maşın aşıb, sürücü ölüb - Arvadı və qızı ağır yaralanıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az" APA-ya istinadən xəbər verir ki, ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımında Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Bəhruz Məşədi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb. Sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü B. Cəfərov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Cəfərova Sevinc Mustafa qızı, 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri alaarq, təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












