Banner

Ağsu dolaylarında ağır qəza: Maşın dərəyə aşdı, sərnişin qan içində öldü - VİDEO

Qəzalar 8 Sentyabr 2023 18:34 Oxunub 28212
Ağsu dolaylarında ağır qəza:  Maşın dərəyə aşdı, sərnişin qan içində öldü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağsu-Kürdəmir yolunda insan ölümüylə nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, ağır yol-nəqliyyat hadisəsi dünən səhər saatlarında qeydə alınıb. Belə ki, yüksək sürərtlə hərəkətdə olan “Ford Fusion” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə qəza zamanı avtomobildən çölə sıçrayan sərnişin hadisə yerində keçinib, sürücü isə ağır dərəcəli bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib. Həmçinin nəqliyyat vasitəsi sıradan çıxıb. 
Qeyd edək ki, qəzada iştirak edənlərdən biri Naxçıvan, digəri isə Göyçay rayon sakinidir. Ölən şəxs ailəli olub, 2 uşağı var.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh