Ağsuda avtomobil aşdı – 3 yaralı

Ağsu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər veirr ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Nuxov Vüqar Fidai oğlu idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü Vüqar Nuxov, onun oğlu 1995-ci il təvəllüdlü Nihad Nuxov, kürəkəni 1987-ci il təvəllüdlü Yusifov Polad Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












