Banner

Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı - VİDEO - YENİLƏNİB

Qəzalar 3 Fevral 2026 10:48
Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.

Bildirilib ki, fevralın 2-si saat 22:00-da üç nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

***

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəhər ərazisində "Mitsubishi" və KIA markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Mitsubishi"də olan sərnişin, 16 yaşlı Sərxan Zöhrabov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh