Ağsuda Rusiya vətəndaşları qəzaya düşdü: 1 ölü, 3 yaralı

Ağsu rayonu ərazisində Rusiya vətəndaşına məxsus minik avtomobili qəzaya uğrayıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə hadisə iyunun 27-də gecə saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 172-ci kilometrliyində, Ağsu rayonunun Padar kəndi ərazisində qeydə alınıb. Rusiya Federasiyasının vətəndaşı olan 1991-ci il təvəllüdlü Pavlov Dmitriy Alekseyeviçin idarə etdiyi SO73BH150 Rusiya dövlət nömrə nişanlı “Hyundai” markalı minik avtomobli yüksək sürətlə hərəkətdə olarkən qaranlıq vaxtı avtomobil yolun eyni hərəkət zolağında, qarşı tərəfdə hərəkət edən Ağsu sakini Mehman Cavadova məxsus traktora arxa tərəfdən çırpılıb. Sonra “Hyundai” zərbənin təsirindən qarşı tərəfdən, yolun əks istiqamətində hərəkət edən 99-DP-421 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinə çırpılıb.
Hadisə zamanı “Hyundai” avtomobilinin sürücü Pavlov Dmitriy Alekseyeviç, eləcə də sərnişini 1991-ci il təvəllüdlü Blinski Andrey Vladimirov, “Mercedes” in sürücüsü, Göyçay sakini 1966-cı il təvəllüdlü İntiqam Bəşirov ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Hyundai” avtomobilindəki digər sərnişin 1992-ci il təvəllüdlü Lıkçina Aleksandra Viktorovna aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı avtomobildə sıxılıb qalmış ölən və yaralı şəxslər FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən müxtəlif kəsici alətlərdən istifadə edilərək çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Hazırda xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
Ürək tutmasından öldü - Qəzaya səbəb oldu
Bakıda film kimi hadisə - Əks yola çıxan “Changan” “KİA” ilə toqquşaraq aşdı - VİDEO
Bakı-Quba yolunda toqquşan yük maşınları zəncirvari qəza törətdi; 8 avtomobil… - VİDEO
“Tofaş” və “BMW” toqquşdu - Sürücülərdən biri öldü - AÇIQLAMA
İdarəetmədən çıxan “Mercedes” dayanmış avtomobilə çırpıldı - VİDEO
Daşkənddə AĞIR QƏZA: “Gentra” ikiyə bölündü – VİDEO
Bakıda iki avtomobil toqquşdu - VİDEO - YENİLƏNİB
Qobustanda DƏHŞƏTLİ QƏZA - Ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şərurdakı ağır qəzada həlak olan ailə üzvlərinin FOTOLARI
Şərurda DƏHŞƏTLİ QƏZA: Ata, ana və 1 yaşlı uşaq ÖLDÜ - VİDEO










