Ağsuda sürücü "Mercedes"i divara çırpdı; arvadı öldü - VİDEO

Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.
Məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı həyatını itirib.
Hadisənin baş verməsinə səbəb, sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasız yanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır, sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağı, təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən daha diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.
Bakıda "BYD" yana-yana hərəkət etdi; xəsarət alan var - VİDEO
Güclü külək damın kərpic divarını maşınların üstünə aşırdı: 6-sı əzildi - VİDEO
Prezident bu şəxsləri rüsum ödəməkdən AZAD ETDİ - SƏRƏNCAM
Gəncədə avtomobil işıq dirəyinə çırpıldı - FOTO
“Volvo” yük maşınına çırpıldı - İş adamı öldü - VİDEO
Şirvanda avtobusla toqquşan “Opel” tanınmaz hala düşdü - VİDEO
Toydan qayıdan şəxs maşını kanala aşırdı - Bacısı oğlu öldü
Maştağa–Zabrat yolunda qəzalar niyə tez-tez baş verir? – Rəsmi AÇIQLAMA - VİDEO
“Hyundai” yol kənarındakı maşına çırpıldı - Sürücü ÖLDÜ
Zabratda zəncirvari qəza: Dörd avtomobil toqquşdu - VİDEO
Salyanda mikroavtobus "06" ilə toqquşdu - 9 nəfər xəsarət aldı - ADLAR











