Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb - FOTO - (YENİLƏNİB)

28.03.2025-ci il tarixində saat 14 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfər hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onların vəziyyətləri stabil qiymətləndirilir.
***
Martın 28-də Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 159-cu kilometrliyində bir neçə avtomobilin toqquşması nəticəsində baş verib və nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə Ağsu rayonunun Bənəcik kənd sakini, 1972-ci il təvəllüdlü Nəsrullayev Süleyman Məhəmməd oğlunun idarə etdiyi “Daewoo Damas” markalı avtomobilin, Ərəbuşağı kənd sakini, 2002-ci il təvəllüdlü Bağırov Cahid Cabir oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin, Çaparlı kənd sakini, 1978-ci il təvəllüdlü Şahbazov Ramil Qurban oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobilin və Xanbulaq kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Qənbər Mustafa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində baş verib. Toqquşma nəticəsində sərnişinlər və sürücülər arasında xəsarət alanlar olub. Yaralılarda müxtəlif xəstəliklər müəyyən edilib. Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
**
Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.
Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-İN Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.




Ağcabədidə AĞIR QƏZA: 4 nəfər... - YENİLƏNİB
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO










