Ailə uşaqları ilə birgə özünü beşinci mərtəbədən atıb - VİDEO

Rusiyada yanğından xilas olmaq üçün ailə uşaqları ilə birgə özünü beşinci mərtəbədən atıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Vladimir əyalətinin Strunino şəhərində yaşayış binalarının birində yanğın baş verib. Yanğın 4-cü mərtəbədə qeydə alınıb. Hadisədən xilas olmaq üçün isə beşinci mərtəbədə yaşayan bir ailə balaca uşaqları ilə birgə özünü aşağı atmaq qərarına gəlib. Tüstü bütün binanın girişini tamamilə tutduğu üçün ailə başçısı belə məcburiyyət qarşısında qalıb.
Məlumata görə, ailə bu qərara ani gəlib. Onlar evdə artıq nəfəs almağın mümkün olmadığını gördükləri üçün eyvana çıxıblar. Daha sonra eyvanın da tüstü ilə əhatə olunduğunu gördükdə qorxularından özlərini aşağı atıblar.
Həmin an qonşular və yoldan keçənlərin dərhal reaksiya verməsi ailəni böyük bir faciədən xilas edib. Onlar ailənin eyvana çıxdığını gördükdən sonra dərhal mələfələr gətiriblər. Valideynlər ilk olaraq aşağı 11 aylıq oğlunu, onun ardınca balaca qızını atıblar. Sonra ana və ata da özlərini aşağı atıblar. Ailə üzvlərindən təkcə ata xəsarət alıb. O, asfalta dəydiyi üçün sınıq xəsarəti alıb.
Yaralını dərhal xəstəxanaya aparıblar. Onun həyatı üçün hazırda təhlükə yoxdur. Hadisə yerinə gələn yanğınsöndürənlər yalnız yarım saat ərzində yanğını söndürə biliblər. Versiyalardan birinə görə, hadisəyə 4-cü mərtəbədə yaşayan qadının qaz sobası ilə ehtiyatsız davranması səbəb olub.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












