Ailəsi ilə qəzaya düşən jurnalist: "Maşınımı vuran şəxslə dostam" - FOTO

Bu gün səhər ailəsi ilə birgə qəzaya düşən tanınmış jurnalist Ceyhun Musaoğlu baş verən hadisə ilə bağlı açıqlama verib. Avtosfer.az xəbər verir ki, O lent.az-a bildirib ki, hazırda özü və ailə üzvləri evdədirlər, ciddi xəsarət almayıblar və özlərini yaxşı hiss edirlər: "Hadisə Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində baş verib. Həmin yerdə olan "stop" işarəsi ağacların arasında gizləndiyinə görə görünmür, bu da ciddi problemə səbəb olur. Sağ tərəfdən gələn "KİA"nı mən heç görmədim. Qəza zamanı mənim maşınım bir dəfə aşdı, təkərləri göydə qaldı. Sağ olsun ərazidən keçən insanlar, yardım elədilər". C.Musaoğlu deyib ki, onun maşınını vuran "KİA"nın sürücüsü ilə "facebook"da dostdur: "Hətta bir müddət əvvəl danışdıq ki, yaxın zamanlarda görüşək. "Görüş" də indi oldu".



Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












