Ailəsindən boşanan "Kamaz" sürücüsü qətlə yetirildi - Xaçmazda

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 4-də rayonun Gödəkli kəndində qeydə alınıb. Rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin meyiti kəndin kənarındakı avtomobil yolunun kənarında aşkarlanıb. Meyitin üzərinə baxış keçirilərkən onun üzərində xəsarətlər aşkarlanıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, qətlə yetirilən şəxs uzun müddət imiş ki "Kamaz" sürücüsü işləyirmiş. Bir müddət əvvəl isə ailə münaqişəsi zəminində boşanıbmış.
Qətlə yetirilən gün onun evdən avtomobilsiz çıxdığı bildirilir. Qətl hadisəsinin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil. Araşdırmalar aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












