Yük maşını 30-dan çox avtomobilə çırpılıb: Xəsarət alanlar var - VİDEO
Qəzalar
10 Fevral 2022 10:29
Oxunub 1830

Almaniyanın Nunberq şəhərində sərxoş vəziyyətdə yük maşınını idarə edən 50 yaşlı sürücü qəza törədərək 30-dan çox avtomobilə zərər vurub.
Qeyd olunur ki, sükan arxasında olan şəxs Türkiyə vətəndaşıdır.
Sürücünün qanında spirt icazə verilən həddən bir neçə dəfə artıq olub.
O, işıqforun qırmızı işığında keçərək əvvəl çox sayda avtomobili vurub, daha sonra isə binaya çırpılıb.
Hadisə zamanı sürücünün özü də daxil olmaqla üç nəfər xəsarət alıb.
Ağır qəza törədən sürücü polis tərəfindən saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













