ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO
Qəzalar
10 İyul 2025 22:39

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.
Avtosfer.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala düşüb.
Nəticədə sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.
Onlar sudan çıxarılaraq, Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək ambulator müalicə üçün hər iki şəxs evə buraxılıb.
F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxunub : 872
DİGƏR XƏBƏRLƏR
22 Fevral 2026 22:24
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
21 Fevral 2026 19:00
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
21 Fevral 2026 16:00
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
21 Fevral 2026 14:15
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
21 Fevral 2026 13:00
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
21 Fevral 2026 10:00
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
20 Fevral 2026 20:06
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
20 Fevral 2026 19:30
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
20 Fevral 2026 12:00
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
20 Fevral 2026 09:00
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
19 Fevral 2026 16:30
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
19 Fevral 2026 13:30
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO
ŞƏRH YAZ











