Anasını öldürmək üçün avtobusu partlatdı - İrəvanda terror

Ermənistanın paytaxtında avtobusu partladan sərnişinin şəxsiyyəti müəyyənləşib. Ermənistanın istintaq komitəsinin əməkdaşı Sona Truzyan bu barədə yerli mətbuata açıqlamasında bildirib.
Avtosfer.az musavat-a istinadən bildirir ki, ölən şəxslərlə bağlı araşdırmalar aparılarkən onlardan birinin partlayışda əlinin olması dəqiqləşib. Həmin şəxs 55 yaşlı Ruden Balyandır. Partlayış yerindən tapılan telefon kartının araşdırılmasından sonra bu versiya tam təsdiqini tapıb.
İstintaqın açıqlamasına görə, guya R.Balyan, əslində, anasını öldürmək istəyirmiş. Bununla da erməni hakimiyyəti ölkədə, onsuz da, gərginliyin pik həddə olduğu bir mərhələdə terror versiyasını tam istisna edir. Ancaq qonşularının Balyan ailəsini müsbət xarakterizə etmələri də istintaqın gəldiyi qənaətə şübhə ilə yanaşmağa əsas yaradır.
Avtobusdakı partlayışda ölən ikinci şəxsin isə 37 yaşlı İrəvan sakini Armen Oqanesyan olduğu təsdiqlənib.
Qeyd edək ki, 25 apreldə İrəvanın mərkəzi küçələrindən birində törədilən partlayış nəticəsində 2 nəfər ölmüş, 8 nəfər yaralanmışdı.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










