İki yük maşını toqquşdu: Dörd nəfər xəsarət aldı – ANBAAN VİDEO
Qəzalar
13 Fevral 2022 11:30
Oxunub 2054

Rusiyanın Perm diyarında ağır yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə yolda olan minik avtomobillərindən birinin videoregistratoru tərəfindən qeydə alınıb. Belə ki, minik avtomobilinin ötmə əməliyyatına başlaması qarşı yoldan gələn yük avtomobilinin sürücüsünü çaşdırıb. Nəticədə o, həm minik avtomobili həm də digər yük maşını ilə toqquşub. İnsident nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mənbə: “SHOT” “Telegram” kanalı
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













