Ani diqqətsizlik, nasaz tormoz sistemi və 3 nəfərin öldüyü dəhşətli qəza - REAL VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda baş vermiş yol nəqliyyat hadisəsinin videosunu yayıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib.
Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsünün sükan arxasında fikri yayındığı üçün avtomobil səkiyə doğru hərəkət edib. Maşının səkiyə toxunacağını görən sürücü qəflətən sola manevr edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq əks yola keçib və qarşıdan gələn avtomobillərə çırpılaraq zəncirvari qəzaya səbəb olub.
Qəzanın səbəblərini elə videodan da aydın görmək mümkündür. Birincisi, avtomobil sürətlə hərəkət edir. İkincisi, sərt tormozlanma zamanı maşın idarəetmədən çıxır və yerə kiplənmək əvəzinə sola çəkir. Belə halda çoxları bilir ki, avtomobilin təkər düsturu pozulub, balansdan isə söhbət gedə bilməz. Eyni zamanda, sürücü avtomobilin əyləc sisteminə vaxtında nəzarət etmir. Belə olsaydı, hər iki qabaq təkər yerə kiplənməli idi.
Bakı Şəhər DYP İdarəsi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün 08:00 radələrində paytaxtın Xəzər rayonu ərazisində “Hundai Matrix” markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb. Nəticədə A.Rəsulovun idarə etdiyi avtomobillə və hərəkətdə olan “Hyundai Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və “Daewoo” markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.
Qəza nəticəsində “Hyundai Matrix” markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
Fərid
Oğuzda yük və minik avtomobilləri toqquşdu - YENİLƏNİB
“BakuBus”a məxsus sərnişin avtobusu qəzaya düşüb - VİDEO
Zaqatalada "Chevrolet" aşıb, ölən və yaralanan var
Otuz nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb
Dumanlı hava ahıl sürücünün həyatına son qoydu - VİDEO
Tərtərdə ağır qəza oldu - Ölən var - VİDEO
Həkimin idarə etdiyi maşın kanala düşdü - ÖLƏN VAR
Bakıda "BYD" yana-yana hərəkət etdi; xəsarət alan var - VİDEO
Güclü külək damın kərpic divarını maşınların üstünə aşırdı: 6-sı əzildi - VİDEO
Prezident bu şəxsləri rüsum ödəməkdən AZAD ETDİ - SƏRƏNCAM
Gəncədə avtomobil işıq dirəyinə çırpıldı - FOTO











