Bakıda dəhşətli yol qəzalarının görüntüləri YAYILDI - Hər şey bir saniyədə baş verir - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ani diqqətsizlikdən yaranan dəhşətli qəzaların görüntülərini yayıb.
Avtosfer.az bildirir ki, NİİM yaydığı müraciətdə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən birinin sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizlik olduğunu göstərib.
"NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarəedilməsinə yönəldin.
Unutmamaq lazımdır ki, yollarda göstərdiyiniz diqqət və məsuliyyət sizi qəzadan qoruya bilər", - müraciətdə bildirilir.
“BakuBus”un eyni marşrutda olan iki avtobusu ard-arda qəzaya düşdü - FOTOLAR
Avtopilot rejimində olan “Tesla” qəzaya düşdü – Yastıqlar açılmadı - VİDEO
“Ağ Şəhər”də zolaq dəyişən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Yük maşını sürücüsü səhv etdi; ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO
"Əfəndilər”dən aldığı "Lİ-9" nöqsana görə qəzaya düşdü - Şirkət ziyanı ödəmir - VİDEO
Yevlaxda "Kamaz" yük maşınına çırpıldı - VİDEO
Avtomobil səkidə piyadaları vurdu – 3 ölü, 3 yaralı - VİDEO
Sumqayıtda bacısı ilə birlikdə faciəvi şəkildə ölən 25 yaşlı Ramalın FOTOsu
"Meyvəli"də "Tofaş"la yük maşını toqquşdu - VİDEO
Şirvanda "Mercedes" və "VAZ" toqquşdu: Dörd nəfər ağır yaralandı - FOTO - YENİLƏNİB
Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı - VİDEO - YENİLƏNİB











