Ankaradakı partlayışda istifadə edilən avtomobil haqda məlumat yayılıb - FOTO

Fevralın 17-də Ankarada törədilən terrorda istifadə edilən avtomobilin 15 gün öncə oğurlandığı məlum olub.
Avtosfer.az xəbər verir ki, bu haqda "Milliyet" qəzeti məlumat yayıb.
Məlumata görə, "Volkswagen Scirocco" markalı avtomobil təxminən 15 gün öncə İzmirdən icarəyə götürülüb və kirayə müddəti başa çatandan sonra təhvil verilməyib. Bundan sonra avtomobilin oğurlanması ilə bağlı polisə məlumat verilib.
Hərbçilərə məxsus xidməti mikroavtobus Ankarada İnönü bulvarının Dikmen prospektindən Merasim küçəsinə keçərkən içərisində bomba quraşdırılımış həmin avtomobil partladılıb. Hadisə yerindən tapılan dəlillərlə terroru Suriya vətəndaşı Salih Necarın törətdiyi müəyyənləşib.
Həmin avtomobili fevralın 11-də Əskişəhər yolunda Kənd Xidmətləri məntəqəsində kameralar qeydə alıb.
Qeyd edək ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO













