Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Mərkəz sürücülərə yollarda qarşıya çıxa biləcək maneələrə diqqət yetirməyi və vaxtında düzgün ara məsafəsi saxlamağı tövsiyə edib. Bildirilib ki, təhlükəsiz ara məsafəsinin qorunması qəza riskinin qarşısının alınmasına və sürücünün maneədən yayınmasına imkan verə bilər.
Qurumun paylaşımında nəqliyyat vasitəsində texniki nasazlıq yarandığı halda da təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi vurğulanıb. Belə vəziyyətdə sürücülər vaxt itirmədən avtomobilin arxasında ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qeyd edib ki, bu qaydalara əməl edilməməsi yalnız nasaz avtomobilin sürücüsünü deyil, yoldan istifadə edən digər şəxsləri də qəza təhlükəsi ilə üz-üzə qoya bilər.
Sürücülərdən yolda diqqətli olmaq, qarşıdakı maneələri vaxtında görmək və təhlükəsizlik tələblərinə əməl etmək xahiş olunur.
Eltac
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












