Banner

Ara məsafəsi saxlamayan yük maşını qəzadan yayınarkən “Chevrolet”i vurdu - VİDEO

Qəzalar 25 Yanvar 2024 19:12 Oxunub 9494
Ara məsafəsi saxlamayan yük maşını qəzadan yayınarkən “Chevrolet”i vurdu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi rayonu Bülbül prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 22-si səhər saatlarında qeydə alınıb. Belə ki, 99-XS-237 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobil, “Hyundai” markalı yük maşınıyla toqquşub. İddialara əsasən, qəzaya səbəb “Hyundai” sürücüsünün ara məsafəsi saxlamaması olub. Nəticədə o, öndəki avtomobilin anidən dayanması ilə sağa manevr edib. Bu zaman digər nəqliyyat vasitəsinə dəyərək qəza törədib. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücülər arasında xəsarət alan olmayıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh