Ara məsafəsini düzgün seçməyən "Prius" ağır qəzaya səbəb oldu - VİDEO - YENİLƏNİB

Bakının Babək prospektində zəncirvari yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli məlumat verib.
O qeyd edib ki, yol-nəqliyyat hadisəsi 9 sentyabr saat 06:40-da qeydə alınıb.
"Hadisə zamanı 77-LH-463 dövlət nömrə nişanlı "Prius", 02-BU-954 dövlət nömrə nişanlı VAZ-2106 və 10-DB-021 dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub.
Hadisə "Prius" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi səbəbindən baş verib. Nəticədə o qarşıda hərəkətdə olan VAZ-2106 markalı nəqliyyat vasitəsinə çırpılıb, idarəetmədən çıxan VAZ-2106 isə arxadan gələn BMW markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Başı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır".
(oxu.az)
***
14:30
Babək prospektində baş verən qəzanın görüntüləri anbaan avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 9-da baş verib.
Belə ki, ara məsafəsini düzgün seçməyən "Toyota Prius" markalı avtomobilin sürücüsü qarşıda dayanmış "VAZ 2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən əks tərəfə fırlanan "VAZ" markalı avtomobil görüntünü qeydə alan maşına çırpılıb. Zəncirvari qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Fərid
Polis qadın piyadanı vuraraq ağır yaralayan motosikletçini axtarır - VİDEO
Bakıda sərnişin avtobusları toqquşub - FOTO - VİDEO
Biləsuvarda iki avtomobil toqquşdu, ardınca ağaca çırpıldı - VİDEO
Ağır qəza BAŞ VERDİ: Ər-arvad öldü
Sumqayıtda qəza: Zərbədən avtomobilin ön təkəri qoparaq yola düşdü - VİDEO
Sükan arxasında yuxulayan sürücü körpüdən aşdı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Xaçmazda avtomobil Qudyalçaya aşdı: Sürücü reanimasiyaya yerləşdirildi - VİDEO
Bakıda bu ilin 6 ayı ərzində 1543 yol qəzası olub
Bakıda AĞIR QƏZA - Yevlax sakinini avtomobil vurdu - FOTO
Sürücü sürət həddini aşıb qəza törətdi; işıqfora çırpıldı - ANBAAN VİDEO
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO










