Ard-arda iki zəncirvari QƏZA: 30-dan çox avtomobil toqquşdu, ölənlər var - FOTO - YENİLƏNİB

Türkiyənin Van vilayətində Van-Erciş şosesində səhər saatlarında baş verən qəza zamanı xəsarət alanların sayı artıb, həmçinin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 50-yə yaxın avtomobilin iştirakı ilə baş verən iki zəncirvari qəzada 2 nəfər həyatını itirib, 40-dan çox insan isə yaralanıb.
Qəzalardan sonra yol nəqliyyatın hərəkətinə bağlanıb, təmizlik və yoxlama işlərinə başlanılıb.
***
Bu gün səhər saatlarında Türkiyənin Van vilayətində eyni ərazidə ard-arda iki zəncirvari qəza olub.
Avtosfer.az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, Van-Erciş şosesində səhər saatlarında əlverişsiz hava səbəbindən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisədən sonra dərhal əraziyə təcili yardım, jandarma, polis, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), yanğınsöndürənlər və yol xidməti əməkdaşları cəlb ediliblər.
İlk qəzadan sonra eyni marşrut üzərində, bir kilometr məsafədə daha bir zəncirvari qəza baş verib.
30-dan çox avtomobilin toqquşduğu dəhşətli qəzalara ilkin səbəb kimi qatı duman və yolun buz bağlaması göstərilir. Hadisələr nəticəsində azı iki nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Xilasedicilər yaralılara ilk yardım göstərib və onları xəstəxanalara çatdırıblar. Eyni zamanda, zərər görmüş avtomobillərin yoldan kənarlaşdırılması üçün işlər görülür.
Qəzaların təfərrüatı ilə bağlı araşdırma başladılıb.
(oxu.az)
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var






















