Ard-arda qayda pozan qadın sürücü baş yoldan gələn maşını vurdu - ANBAAN VİDEO

Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 20-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil, 77-GV-438 dövlət nömrə nişanlı “Saipa” markalı maşınla toqquşub. Kadrdan da göründüyü kimi, “Chery”nin sürücüsü baş yoldan gələn avtomobilə əhəmiyyət vermədən yolayırıcına daxil olaraq sola dönüb. Təhlükəylə üzləşən “Saipa”nın sürücüsü tormoz versə də məsafə yaxın olduğu üçün qəzadan xilas ola bilməyib. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, görüntünü qeydə alan sürücü qəzaya səbəb olan qadının ard-arda qayda pozduğunu şərh bölməsində bildirib. O vurğulayıb ki, sözügedən ərazidə sola dönmək qadağandır, yalnız düzünə və sağa icazə verən nişan mövcuddur.
Nərmin
Bakının mərkəzində qəza uzun tıxaca səbəb oldu - FOTO
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOsu - YENİLƏNİB
Lökbatanda qəza: “Prius” və “KIA” toqquşdu - VİDEO
Füzulidə iki avtomobil toqquşdu – Xəsarət alanlar var - VİDEO
Maşını hasara, daha sonra şüşə sexinə çırpdı - FOTOLAR
İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO
Yeniyetmə sükan arxasına keçib qəza törətdi - Dostu öldü - FOTO
Bakı-Sumqayıt yolunda “Toyota” sərnişin dolu avtobusla toqquşdu - VİDEO
İki maşın toqquşdu, sərnişin ÖLDÜ
Ağdamda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO










