Arvadı tərk edən kişini - Maşın vurub öldürdü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Rayonun Polis İdarəsindən verilən məlumata görə, Lənkəran-Boradigah şosesinin Girdəni kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayevin idarə etdiyi “Mersedes” markalı 42- BP- 268 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə yolu keçmək istəyən həmkəndlisi 1975-ci il təvəllüdlü Ələsgər Qasım oğlu İmamverdiyev vurub.
Sürücü yaralını avtomobilinə qoyaraq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən 41 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Dünyasını dəyişən şəxsin psixoloji problemləri olduğu, buna görə də həyat yoldaşının onu tərk etdiyi bildirilir.
Faktla Lənkəran Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












