Astarada ağır qəzaya səbəb olan sürücü tutuldu

Astara rayonunda 2 nəfərin ölümü, 9 nəfərin yaranlanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. Avtosfer.az "report"a istinadən xəbər verir ki, 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı, "Shacman" markalı yük maşınının sürücüsü Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal İmran oğlu Xudaverdiyev tutularaq istintaqa cəlb olunub. V.Xudaverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşlarına ilkin ifadəsində yük maşınının əyləc sistemində nasazlığın olduğunu bildirib: "Bir neçə dəfə "tormuzu" basdım, "tormuz" tutmadı. Ona görə də maşını saxlaya bilmədim, maşın "Ford"la toqquşaraq aşdı".
Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində Astaranın Çayoba kəndi ərazisndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran-Astara marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Qabil Adil oğlu Əliyevin idarə etdiyi 90 MJ 647 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı mikroavtobus, "Ray Construction" şirkətinə məxsus, Vüsal İmran oğlu Xudaverdiyevin idarə etdiyi 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Keçidin 10 metrliyində vurulan qadın havaya uçdu - VİDEO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU - VİDEO
Sumqayıtda qatar "KamAZ"la toqquşdu - YENİLƏNİB
Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı - FOTO
Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi - FOTO
Hərbi təyyarə qəzaya uğradı, əhali kömək əvəzinə səpələnən pulları taladı
Moped və motosiklet qəzalarının əksəriyyəti ölümlə nəticələnir - REAL VİDEO
İsmayıllıda qəzada ölən ər-arvadın FOTOsu
18 yaşlı yeniyetmənin öldüyü "Baku City Karting" yenidən fəaliyyətə başladı - FOTO - VİDEO
Füzulidə “07” traktora çırpıldı - 10-cu sinif şagirdi öldü - FOTOLAR
Hacıqabulda "Ford" dəmir səddə çırpıldı; sıxılı qalan sərnişin belə xilas edildi - VİDEO










