Astarada avtomobil dərəyə aşdı: 5 yaralı

Astarada avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, “UAZ” markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü İlahəddin Qasımov, 1985-ci il təvəllüdlü Bəhruz Hüseynov, 1985-ci il təvəllüdlü Salam Qasımov, 1986-cı il təvəllüdlü Ramin Qasımov və sürücü 1969-cu il təvəllüdlü Şəmsəddin Qasımov xəsarət alıb. Qeyd edək ki, hadisə Astara rayonunun Kijəbə qəsəbəsində baş verib. İlkin ehtimala görə, hadisə sürücü Şəmsəddin Qasımovun ürəktutması nəticəsində baş verib. Avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Avtomobildə olan 9 nəfərdən beşi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sürücünün vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
16:37
Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində avtomobil dərəyə aşıb. İlkin ehtimala görə soyadı hələlik məlum olmayan sürücü sükan arxasında ürəktutması keçirib. Nəticədə “Niva” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












