Astarada avtomobil dərəyə aşıb, ÖLƏN VAR

Astara rayonunda ağır qəza baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda olub.
Belə ki, rayonun Niləşə kənd sakini, Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü T.Eyvazov hadisə yerində keçinib.
Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal Reanimasiya şöbəsinə yerləşdirilib.
Digərlərinin müalicəsi xəstəxananın Təcili yardım şöbəsində davam etdirilir. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












