Astarada güclü sel körpünü uçurub - FOTO

Astara rayonunun Ovalə kəndində güclü sel fəsadlar yaradıb. Avtosfer.az xəbər verir ki, kənd sakinləri APA-nın cənub bürosuna bildiriblər ki, bir neçə gün öncə gələn güclü sel kənddə dəmir konstruksiya ilə tikilmiş körpünü yuyub aparıb. Nəticədə digər yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bu körpüdən təkcə Ovalə deyil, qonşu Ağ körpü kəndinin sakinləri də istifadə edib. Bu barədə aidiyyatı qurumlara məlumat verilib. Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev bildirib ki, artıq selin körpünü uçurduğu əraziyə baxış keçirilib, akt tərtib olunaraq, "Azəravtoyol" ASC və digər rəsmi qurumlara göndərilib. "Rayonda körpünü bərpa etmək üçün lazımi texnika olmadığından işlər gecikir. Yəqin ki, qısa müddətdə körpünün tikintisinə başlanılacaq", - deyə o qeyd edib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















