Astarada maşın elektrik dirəyinə çırpıldı: 3 yaralı

Astarada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə 00:00 radələrində rayonun Siyəkür kəndi ərazisində qeydə alınıb. "Lada Priora" markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Siyəkür kənd sakinləri, 1990-cı il təvəllüdlü Akif Hikmət oğlu Muradov, 1992-cı il təvəllüdlü Məhəmməd Murad oğlu Səmədullazadə və Vaqo kənd sakini, 1986-cı il təvəllüdlü Orxan Akif oğlu Ağəliyev Lənkəran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. M.Səmədullazadə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. A.Muradov və O.Ağəliyev isə xəstəxanasının travmatologiya şöbəsindədirlər, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO













