Atasını öldürdü, avtomobil qəzası görüntüsü verdi - ŞOK HADİSƏNİN DETALLARI

Atasını öldürdü, avtomobil qəzası görüntüsü verdi
Rusiyanın Primorsk vilayətinin, Yakovlevski rayonunun Yablonovka kəndində sərxoş vəziyyətdə olan oğul mübahisə zamanı atasını boğub öldürüb. Ardınca isə qəza görüntüsü verməkməqsədilə onu maşına qoyaraq yenidən “öldürməyə” cəhd edib.
Avtosfer.az azpost-a istinadən xəbər verir ki, bu barədə Primorsk prokurorluğu məlumat yayıb.
Məlum olub ki, ötən il iyulun 19-da ata və oğul spirtli içki qəbul edib və söhbət zamanı aralarında münaqişə yaranıb. Oğul atasına hücum edərək onun başına və bədəninə bir neçə dəfə zərbə endirib. Sonra isə onu boğaraq öldürüb.
Cinayəti ört-basdır etmək üçün qatil atasını avtomobil qəzasında ölmüş kimi göstərməyə qərar verib. Belə ki, dostuna zəng vurub, atasını maşına mindirib və dərədən aşağı yuvarlayıb. Lakin hüquq-mühafizə orqanları araşdırma zamanı aşmış avtomobildə tapılan şəxsin əsl ölüm səbəbini müəyyən edə bilib.
Həbs edilən cinayətkar Yakovlevski Rayon Məhkəməsinin qərarı ilə 8 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla azadlıqdan məhrum edilib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












