Atasının maşınını sürən azyaşlı qəza törətdi: 2 yaralı var - VİDEO

Aprelin 23-də saat 23 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus “VAZ” markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata əsasən, zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO












