Atlantik okeanında 74 il əvvəl qəzaya uğramış təyyarənin qalıqları tapıldı - FOTO

Atlantik okeanında, Puerto-Riko sahilləri yaxınlığında 74 il əvvəl qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Warner Bros. Discovery" şirkəti məlumat yayıb.
Sözügedən aviaqəza 11 aprel 1952-ci ildə baş verib. "Pan American" hava yollarına aid "Douglas DC-4" sərnişin təyyarəsi San-Xuan aeroportundan Nyu-York istiqamətində hərəkət edib. Uçuşa başladıqdan qısa müddət sonra laynerin bir mühərriki sıradan çıxıb, az sonra isə digər mühərrikdə də nasazlıq yaranıb. Pilotlar təyyarəni suyun səthinə endirməyə nail olublar. Lakin bir neçə dəqiqə ərzində DC-4 sulara qərq olub. ABŞ-nin Hərbi Hava Qüvvələri və Sahil Mühafizə xidməti 12 sərnişin, üç pilot və iki bələdçini xilas etməyi bacarıb. Qəza nəticəsində 52 nəfər həlak olub.
Bu ilin 2 iyun tarixində tədqiqat qrupu müasir və yüksək dəqiqlikli hidroakustik lokator vasitəsilə iki yerə bölünmüş laynerin qalıqlarını müəyyən ediblər. Qalıqların Atlantik okeanının təqribən 600 metr dərinliyində yerləşdiyi aşkar edilib.

“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












