Banner

Aviaşirkətinin rəhbəri təyyarə qəzasında həlak olub - FOTO - VİDEO

Qəzalar 5 Noyabr 2021 04:13 Oxunub 1724
Aviaşirkətinin rəhbəri təyyarə qəzasında həlak olub  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan  An-12 yük təyyarəsinin göyərtəsində doqquz nəfər olub. 

Bu barədə regional FHN idarəsindən məlumat verilib.

Məlumata görə, onlardan beşi heyət üzvü, dördü isə yükləri müşaiyət edən şəxslər olub.

O da bildirilir ki, qurbanların arasında “Zapolyarye” aviasiya şirkətinin baş direktoru Yuri Volodin və baş direktorunun birinci müavini Oleq Vişnev var.

Hələ ki altı nəfərin qalıqları tapılaraq ekspertizaya verilib.

Qeyd olunur ki, doqquz nəfərdən dördü Rusiya, üçü Belarus, ikisi Ukrayna vətəndaşı olub.

Xatırladaq ki, noyabrın 3-də Rusiyanın İrkutsk bölgəsində An-12 təyyarəsi qəzaya uğrayıb. Hava gəmisi yerə çırpıldıqdan sonra alışıb. Qəza nəticəsində sağ qalanın olmadığı qeyd olunur. Təyyarə Belarus hava yollarına məxsus olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh