Aviaşou zamanı təyyarə yanıb

Qəzalar 6 Fevral 2018 13:47
Aviaşou zamanı təyyarə yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə təyyarənin nümunəvi uçuşlara hazırlığı zamanı baş verib

Sinqapurda keçirilən aviaşou zamanı Cənubi Koreyanın pilotaj qrupuna məxsus təyyarələrdən biri yanıb. Trend-in məlumatına görə, hadisə təyyarənin nümunəvi uçuşlara hazırlığı zamanı baş verib. Yanğın nəticəsində pilot yüngül xəsarət alıb. Hadisədən sonra hava limanının bir uçuş-eniş zolağı bağlanıb və bütün nümunəvi uçuşlar təxirə salınıb. Qeyd edək ki, Sinqapur aviaşousunda İndoneziya, Malayziya, ABŞ və Tayland pilotları da iştirak edir.

Oxunub : 849
ŞƏRH YAZ
Ad

E-mail

Şərh