Avtobus "011"i əzib yox etdi, sürücü öldü - FOTO

Bakı-Lənkəran sərnişin avtobusu qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən Salyanın Qırxçıraq kənd sakini, 51 yaşlı Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “Vaz-21011” markalı avtomobili ilə toqquşub. Nəticədə avtobusun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “VAZ-21011” markalı avtomobil isə deformasiyaya uğrayıb, sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdiriliblər. Sürücü orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO


















