Avtobus aşdı - Çox sayda ölən və xəsarət alanlar var

Əlcəzairin qərbindəki Bəni-Abbas vilayətində avtobusun aşması nəticəsində azı 13 nəfər həlak olub, 35 nəfər xəsarət alıb. Avtosfer.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hadisə Tebalbal dairəsində, №50 magistralında baş verib. Avtobus Tinduf və Beşar vilayətləri arasında hərəkət edirmiş. Naməlum səbəbdən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində ən azı 13 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölkənin Mülki Müdafiə Xidmətinə istinadən "Agence France-Presse"in yaydığı rəqəmlərə görə, ölənlərin sayı ən azı 14, yaralananların sayı isə 34 nəfərdir. Əlcəzair Prezidenti Əbdülməcid Təbbun da faciə ilə bağlı başsağlığı verib. Onun tapşırığı ilə daxili işlər, səhiyyə nazirləri və digər aidiyyəti qurumların rəhbərləri zərərçəkənlərə lazım olan yardımın göstərilməsini koordinasiya edirlər.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










