Avtobus qəzasında yaralananlardan birinin vəziyyəti ağırlaşdı - Gədəbəydə

Gədəbəydə avtobusun aşması nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, rayonunun Dəyə Qarabulaq kəndində baş vermiş qəza nəticəsində xəsarət alan 5 nəfərdən 4 nəfəri evə buraxılıb. Xəsarət alanlardan biri - 1969-cu il təvəllüdlü İbrahimov Niftəli Ramin oğlunun vəziyyəti ağırlaşıb. O, Gəncə Şəhər Xəstəxanasından Bakıya gətirilib. Niftəli İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Qeyd edək ki, hadisə noyabrın 26-da Gədəbəy rayonunun mərkəzindən Dəyə Qarabulaq kənd istiqamətinə gedən yolda qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












