Avtobus qəzaya uğrayıb, 21 nəfər ölüb, 25 nəfər xəsarət alıb

İranın cənubunda Fars əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 21 nəfər həlak olub, təxminən 25 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara cəmiyyətinin rəhbəri Hüseyn Dərvişi bildirib.
"Qəza yerinə Qırmızı Ayparanın üç xilasetmə komandası göndərilib. Təəssüf ki, hazırda 21 nəfər həlak olduğu və 25 nəfərin xəsarət aldığı məlumdur", - ISNA agentliyi onun sözlərini təqdim edir.
Onun məlumatına görə, Firuzabad və Kəvar şəhərləri arasındakı avtomobil yolunda qəzaya uğrayan avtobus Məşhədə gedirmiş.
***
İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin teleqram kanalında qeyd edilib.
M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.
***
İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO











