Avtobus yük avtomobili ilə toqquşdu – 13 ölü

Rusiyada "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmətlərdəki mənbədən verilə məlumata görə, "yol qəzasında ölənlərin sayı 13 nəfərə çatıb, 12 nəfər xəsarət alıb" - deyə müsahib bildirib. Qeyd edək ki, hadisə Tatarıstanda, Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb. Avtomobillər yerli vaxtla saat 01:17-də söndürülüb.
***04:54
Rusiyada baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Hadisə Tatarıstanda qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb.
***04:39
Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Tatarıstanda qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb. Avtomobillər yerli vaxtla saat 01:17-də söndürülüb. Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilir. Yaralıların hamısı Zainsk rayonunun mərkəzi xəstəxanasına çatdırılıb.
"TASS" agentliyi də hadisə zamanı ölənlərin sayının 10-a çatdığını xəbər verib. Hadisə yerində təhqiqat qrupu işləyir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












