Avtobus zolağına girən sürücü keçiddə azyaşlını vurdu – REAL VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovnik-leytnantı Rövşən Tağıyev sosial şəbəkə hesabında piyada keçidində azyaşlı piyadanın avtomobillə vurulmasını əks etdirən video görüntü paylaşıb.
Avtosfer.az xəbər verir ki, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsində eydə alınıb.
Görüntülərdə sıxlıq olan yolda sürücünün avtobus zolağına daxil olduğu və piyada keçidində azyaşlını vurduğu əks olunub. Xoşbəxtlikdən zərbə yüngül olub. Azyaşlı ağır xəsarət almasa da psixoloji sarsıntı keçirib.
Sürücüləri hər bir halda piyada keçidinə yaxınlaşarkən diqqətli olmağa çağıran Rövşən Tağıyev avtobus zolağına daxil olan sürücülərə də bir daha xəbərdarlıq edib. Qeyd edib ki, onlar barəsində inzibati tənbeh tədbirləri görüləcək.
Məhəbbət Tərlanoğlu
Azərbaycanda AĞIR QƏZA- GÖRÜNTÜLƏR - VİDEO
Masallıda qəza - Ölən var - FOTO
Bir qəzadan yayınıb, digərinə tuş gəldi - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza oldu - Tıxac yarandı - VİDEO
Atasının maşınını qaçıran uşaq zəncirvari qəza törətdi - 4 maşın… - FOTOLAR
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO - YENİLƏNİB
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb - FOTO
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO










