Avtobusla yük maşını toqquşdu – 20 yaralı

Fransada avtobusla yük maşını arasında baş verən toqquşma nəticəsində ən azı 20 nəfər müxtəlif ağırlıq dərəcəli zədə alıb. Avtosfer.az-ın salamnews-a istinadən xəbərinə görə, hadisə bu səhər Qravlin (Nor departamenti, Fransanın şimal regionu) şəhərindəki A16 avtomobil yolunda baş verib. Təsdiqini tapmayan məlumatlara əsasən, avtobus turistik səyahətə çıxmış məktəbliləri daşıyırmış. Nəqliyyat vasitəsində ümumilikdə 51 nəfər olub, onlardan 45-i uşaq və yeniyetmələrdir. Avtobusun sürücüsü ağır vəziyyətdədir. Ondan başqa, 16 yeniyetmə və onları müşayiət edən yetkinlik yaşına çatmış 3 nəfər zərər çəkib. Yaralı sürücü vertolyotla yaxınlıqda yerləşən hospitala çatdırılıb. Yol-nəqliyyat hadisəsi avtobusun qarşısı ilə hərəkət edən Polşa nömrəli yük maşınının əyləci kəskin şəkildə basması nəticəsində baş verib. Polisin məlumatında avtobusun Fransaya Niderlanddan gəldiyi bildirilir.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












